ABŞ-ın cari il üçün əlavə hərbi xərcləri azı 21 mlrd. dollar təşkil edəcək
03.05.2017 576 0.0 0

Hakim Respublikaçılar partiyası və müxalif Demokratlar partiyası arasında əldə olunan kompromisli razılaşmaya əsasən, ABŞ-ın cari maliyyə ili üçün əlavə hərbi xərclərinin həcmi  21 mlrd. dollardan çox təşkil edəcək.  “TASS”a istinadən verilən xəbərə görə, bu barədə Ağ Evin İnzibati-Büdcə İdarəsinin rəhbəri Mik Malveyni bildirib.  Onun sözlərinə görə, 2016-cı ilin maliyyələşdirilmə səviyyəsi ilə müqayisədə artım hətta 25 mlrd. dollar təşkil edib.  

“Prezidentin prioritetləri də maliyyələşdirilib”, - deyə Malveyni söhbətin ABŞ-Meksika sərhədində divarın ucaldılmasından getdiyini açıqlayıb.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar