ABŞ-ın ATƏT Minsk qrupundakı yeni həmsədri vəzifəsinin icrasına başlayıb
28.08.2017 639 0.0 0

ABŞ ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə Endrü Şoferi təyin edib.

Bu barədə ABŞ Dövlət Departamentinə istinadən məlumat verilir.

 

 

 

Məlumatda qeyd olunur ki, ABŞ Minsk qrupunun işinə sadiq qalır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə kömək göstərməyə davam edir, münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həll yolunu dəstəkləyir və Endrü Şofer tərəflərə bu məqsədlərə çatmağa kömək edəcək.

Məlumatda o da qeyd olunur ki, Azərbaycan və Ermənistan hökumətləri səlahiyyətlərinin icrasına başlayan Endrü Şoferin təyinatı haqqında məlumatlandırılıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar