ABŞ-ı qorxudan Rusiya həmləsi
18.03.2015 723 0.0 0

ABŞ Rusiyanın Krım yarımadasında nüvə silahlarını yerləşdirməsinə görə narahatdır.

Məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahının rəislər komitəsinin sədri general Martin Dempsi açıqlama verib.

General Rusiya ordusunun nüvə silahlarının Krıma yerləşdirilməsi haqqında məlumatlı olduğunu bildirib.

"Bu silahları görmüşəm. Çox narahatam. Məsələhət görürəm ki, əvvəlki dönəmlərə qayıtmayaq", - deyə Dempsi bildirib.

Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, Krımda qəfil yoxlamalar çərçivəsində yarımadaya Ту 22М3 strateji raket daşıyanlar yerləşdiriləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar