ABŞ hökuməti strateji ehtiyatdan 30 milyon barel neft çıxaracağını təsdiqləyib
02.03.2022 325 0.0 0

ABŞ Energetika Nazirliyi Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ölkənin strateji ehtiyatından 30 milyon barel neft çıxaracağını təsdiqləyib.

Məlumata görə, nazirlik yaydığı bəyanatda bildirir ki, müvafiq elanı martın 2-də etməyi planlaşdırır.

Vurğulanır ki, bu addım Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan 31 ölkənin qlobal neft bazarlarına Rusiya-Ukrayna böhranı nəticəsində tədarük çatışmazlığının olmayacağına dair siqnal vermək üçün fövqəladə ehtiyatlarından 60 milyon barel neft çıxarmaq razılığı çərçivəsində atılır./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar