ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb
22.11.2017 823 0.0 0

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, hadisə Yaponiya sahillərində, Okinava adası yaxınlığında baş verib. 

Təyyarənin göyərtəsində 11 nəfər olub. 

Xəbərdə təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin 7-ci Donanmasına məxsus olduğu və qəzanın ekipajın Filippin dənizindəki bazadan tapşırıq alaraq “USS Ronald Reagan” aviadaşıyıcı gəmiyə doğru uçarkən baş verdiyi qeyd olunub.

ABŞ Hərbi Dəniz Donanması qəza ilə bağlı açıqlama yayıb: “Axtarış-xilasetmə əməliyyatı keçirilir. Hadisənin səbəbi hələlik məlum deyil.”/Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar