ABŞ-dan maliyyələşən fond Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb
02.12.2015 394 0.0 0
“Birləşmiş erməni fondu” təşkilatı Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb.

Məlumata görə, bu barədə “Arevelk” nəşrinin yaydığı məlumatda deyilir.

 

Qeyd olunur ki, müvafiq qərarın verilməsinə səbəb fondun əsas sponsoru Kirk Kerkoryanın vəfatı olub. Onun vəfatından sonra “Linsi” fondu da fəaliyyətini dayandırıb.

 

“Birləşmiş erməni fondu” xatırladıb ki, 26 il ərzində ABŞ-dan gələn maliyyə hesabına Ermənistan və Dağlıq Qarabağa 720 milyon dollar məbləğində humanitar yardım göndərilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar