ABŞ Dağlıq Qarabağda keçiriləcək «parlament seçkilərinə» münasibət bildirib- EKSKLÜZİV
11.03.2015 669 0.0 0

"ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır"

 Dağlıq Qarabağda keçiriləcək qondarma “seçkilər” davam edən sülh danışıqlarının gedişinə təsir göstərmir.

Bu barədə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mayın 3-nə qondarma “parlament seçkiləri”nin təyin edilməsi ilə bağlı APA-nın sorğusuna cavabında ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətindən qeyd ediblər ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır: “Dağlıq Qarabağın hüquqi statusu beynəlxalq vasitəçiliyin mövzusu olaraq qalır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davamlı və sülh yolu ilə həllə nail olmaq sahəsində tərəflərlə işləmək fikrinə sadiqdir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar