ABŞ-da əyləncə mərasiminə hücum olub, ölənlər və yaralananlar var
22.10.2019 505 0.0 0

ABŞ-da bıçaqla silahlanmış şəxs şənlik mərasiminin iştirakçılarına hücum edib.

Bildirək ki, bu barədə "Mirror" məlumat yayıb.

Bildirilir ki, hadisə Milton Keyns şəhərində, ad günü mərasimində baş verib. Hücum zamanı 17 yaşlı iki gənc ölüb. Məlumata görə, onlardan biri hadisə yerində, digəri xəstəxanada dünyasını dəyişib.

Qeyd edilir ki, hücum zamanı daha nəfər yaralanıb.

Polisin ehtimalına görə, hadisəni mərasimə dəvət edilməyən şəxs üzünə maska taxaraq törədib.

Hücum edən şəxs həbs edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar