ABŞ-da polisi növbəti dəfə qaradərili gənci güllələyib
04.03.2016 515 0.0 0

ABŞ-ın Roli şəhərində (Şimali Karolina ştatı)  polis əməkdaşı qaradərili gənci güllələyib.
 

ABC-yə istinadən verilən məlumata görə, polis əməkdaşı xidməti silahından 24 yaşlı Ekiyel Denkinsi güllələyib.
 
Adı açıqlanmayan polisin iddiasına görə, o, özünümüdafiə məqsədi ilə atəş açıb. Öldürülən gəncin anası isə israr edir ki, oğlu polisdən qaçmaq istədikdə kürəyindən güllələnib.
 
Xatırladaq ki, 2014-cü ildə Missuri ştatında 18 yaşlı qaradərili gəncin polis tərəfindən güllələnməsi ABŞ-da kütləvi etirazlara səbəb olmuşdu. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar