ABŞ-da kilsəya silahlı hücum- ölənlər var (VİDEO)
19.06.2015 669 0.0 0

Amerika Birləşmiş Ştatlarında silaha qoyulan qadağa hələ də ağır cinayətlərin qarşısını ala bilməyib. Bu dəfə Çarlzstoun şəhərində kilsəyə silahlı basqın edən şəxs yoluna çıxanı qətlə yetirib.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxsin kilsəyə daxil olaraq atəş açması nəticəsində 9 nəfər dünyasını dəyişib.

Polisin sözlərinə görə, ölənlərədn 8-i elə hadisə yerindəcə dünyasını dəyişib. Biri isə xəstəxanada keçinib. Ölənlərin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib.

Məlumata görə, insident gecə saatlarında Çarlston şəhərində, tarixi Afro-Amerikan kilsəsində qeydə alınıb.

Polis hadisəni törədənin 20 yaşlarında üzü təmiz qırxılmış, əynində boz sviter və göy rəngli cins şalvar olan ağdərili qamətli şəxsi olduğunu bildirib.

Hüquq-mühafizə orqanları hələ də şübhəlini axtarır. Ehtimal edilir ki, qatil kilsəyə daxil olub və atəş açıb. Hadisənin təfərrüatları hələki tam məlum deyil.

Çarlston Polis İdarəsinin rəhbəri Joe Rayliyin sözlərinə sözlərinə görə, ibadət vaxtı kilsəyə daxil olub insanları öldürən qatil açıq-aşkar görünür ki, çox təhlükəli biridir. Cinayətin motivi araşdırılır.

Məlumata görə, hadisə yerinə altı təcili tibbi yardım maşını cəlb olunub.

Hadisənin baş verdiyi kilsə 1816-ci ildə tikilib və hər çərşənbə günü kilsənin zirzəmisində İncilin öyrənilməsi üzrə təlim keçirilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar