ABŞ BELƏ SƏRT HƏDƏLƏNMƏMİŞDİ
05.02.2015 870 0.0 0

Şimali Koreya, ABŞ kimi "Qatillə" görüşməyəcəyinibildirərək ABŞ-ı müharibə ilə hədələyib.

Şimali Koreya Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada, "İmperialist ABŞ kimi qatillərin Şimali Koreya Demokratik Xalq Respublikasına qarşı hərbi strategiyası müharibəyə başlamaq səviyyəsinə gəlib. Şimali Koreya ordusunun və xalqının buna cavabı ABŞ-a ən acı fəlakətləri daddırmaq olacaq. ABŞ ərazisində görəcəyi ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir " kimi kəskin açıqlamalar verib.

Şimali Koreya lideri Kim Jongun istəyiylə İngilis dilində nümayiş olunan açıqlamada, ABŞ-ın Cənubi Koreyayla ortaq hərbi manevrlər təşkil etməsi Koreya yarımadasını müharibəyə sürüdüyünü iddia edib. Açıqlamada, şimali Koreya ideologiyasını yox etməyə və sosialist sistemini devirməyə çalışan ABŞ-la müzakirə masasına oturmağa nə ehtiyacı, nə də istəyi olduğu açıqlanıb.

 

Xatırladaq ki,iki ölkə arasındakı onsuz da pis olan əlaqələr, ABŞ-ın ötən ay Sony firmasına kiber hücumların təşkil olunmasında  Şimali Koreyanı günahlandırması və Şimali Koreyaya buna görə lazımı cavab verəcəklərini söyləməsindən sonra daha da gərginləşib.

Əlavə olaraq bildirək ki, ABŞ prezidenti Barak Obamanın, Yanvar ayında verdiyi açıqlamada, Şimali Koreya rejiminin çökəcəyini söyləməsindən sonra Kim Jong-un Obamaya təhqir dolu cavablar vermiş və ABŞ-ı Şimali Koreyaya qarşı müharibə təhlükəsi yaratdığı halda nüvə silahından istifadə edəcəyi ilə hədələmışdi.

Bu həftə başına qədər ABŞ-la görüşməyə yaşıl işıq yandıran Şimali Koreyanın danışıqların öz torpaqlarında edilməsi israrı, danışıqların ləğv edilməsinə səbəb olmuşdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar