ABŞ 70 illdən sonra bu ölkəyə ilk səfərini edir
14.08.2015 631 0.0 0

 ABŞ dövlət katibi Con Kerri avqustun 14-də ABŞ bayrağının Kubada açılan səfirliyin binası üzərində qaldırılması  ilə bağlı təntənəli mərasimdə iştirak edəcək.  “TASS”a istinadən verilən xəbərə görə, bu tədbir ABŞ və Kuba arasında diplomatik münasibətlərin bərpası prosesini yekunlaşdıracaq.  
 
Con Kerri 1945-ci ildən bu vaxtadək  Kubaya səfər etmiş ilk ABŞ Dövlət Departamentinin rəhbəri olacaq. Məlumata görə, ABŞ nümayəndə heyəti Ağ Ev aparatının əməkdaşları və ABŞ Konqresinin üzvlərindən, ümumilikdə,  20 nəfərdən ibarət olacaq.  
 
Səfər proqramı iki böyük hissəyə bölünüb. Birinci hissə ABŞ bayrağının  səfirliyin binası üzərində qaldırılması  ilə bağlıdır. “Bu, əsasən, beynəlxalq tədbirdir. Tədbirdə Kuba hökumətinin nümayəndələri, ABŞ-ın bir neçə qurumunun əməkdaşları və Konqres üzvləri iştirak edəcək”, deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.    
 
Rəsmi görüşlərə gəlincə Kerrinin Kuba XİN rəhbəri Bruni Rodriqes ilə görüşəcəyi planlaşdırılır. Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri  Raul Kastro ilə görüşün keçirilməsi planlaşdırılmır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar