`Yuventus` `Atalanta`nı məğlub edərək `Napoli`dən daha da uzaqlaşıb - VİDEO
15.03.2018 965 0.0 0

"Yuventus" İtaliya A Seriyasının qar yağması səbəbindən təxirə salınmış 26-cı tur matçında "Atalanta"nı məğlub edib.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, Turinin "Alyans" arenasında keçirilən görüş ev sahibləriтin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bu qələbə "Qoca Sinyora"ya yaxın izləyicisi olan "Napoli"dən 4 xal aralanmağa imkan verib.

Qalib komandanın heyətində hücumçu Qonsalo İquain və yarımmüdafiəçi Blez Matuidi fərqlənib.

Hazırda Turin klubunun aktivində 74 xal var. Massimiliano Alleqrinin yetirmələri A Seriyasında liderliyini davam etdirir. "Atalanta" (41) 8-ci pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar