`YouTube`dan xeyir gətirməyən kanallarla bağlı qərar
12.11.2019 521 0.0 0

“YouTube” portalı yeni qaydalar tətbiq edir. Qaydalar daha çox uşaqlarla bağlıdır. Amma maliyyə ilə əlaqəli tərəflər də var.

 

Bildirək ki, “YouTube” xeyir gətirməyən kanalları bağlayacaq. Hələ geniş izah verilməyib. Anlaşılan budur ki, böyük auditoriyası olmayan kanallar sıradan çıxacaq. Portalın rəsmi məlumatında kommersiya əhəmiyyəti olmayan kanalların bağlanmasından söhbət gedir.

 

Xeyli “yutuber” dəyişikliklə bağlı narahatlıq keçirib. Sosial şəbəkələrdə hətta “yutuber”lərin həmkarlar ittifaqına bənzər birliyin yaradılması da müzakirə olunur. Çünki dünyada xeyli blogerin yeganə qazancı bu portaldır. “Youtube” yeni qaydalarla çox istifadəçinin yolunu kəsəcək./Bizimyol.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar