`Sumqayıt Texnologiyalar Parkı` MMC -dən Fərhad Əliyevin onlara rəhbər təyinatı xəbərinə münasibət
06.10.2017 1186 0.0 0

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidmət ötən gün keçmiş nazir Fərhad Əliyevin qeyd edilən qurumun rəhbərliyiə gətirilməsi haqda məlumata münasibət bildirib.

Qazeta.info-ya “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidmətindən bildirilib ki, ötən gün “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə bağlı mətbuatda çıxan informasiya həqiqəti əks etdirmir. 
 

Bildirilir ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin təsisçisi ilə bağlı heç bir dəyişiklik olmamışdır. Emin Məmmədov bu ilin mart ayında təsisçinin qərarı əsasında “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktoru təyin olunmuşdur və bu barədə məlumat ictimaiyyətə açıqlanmışdır. 
 

Qazeta.info bildirir ki, Fərhad Əliyevin “Sumqayıt Texnologiyalar Parkı” MMC nin rəhbərliyinə təyin olunması haqda məlumatı ilkin olaraq olke.az saytı yayıb.


Teqlər:Fərhad Əliyevin

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar