`Sovetski`dəki yanğında zəhərlənən professor xəstəxanada ölüb
03.02.2017 1030 0.0 0

Tarix elmləri doktoru, professor Pərvin Darabadinin ölüm səbəbi məlum olub.

 

Məlumata görə, BDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının professoru Pərvin Darabadi yanvarın 28-də Bakının “Sovetski” adlanan ərazisində baş verən yanğında tüstüdən zəhərlənib. 70 yaşlı professor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

 

Qeyd edək ki, yanvarın 28-də Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazidə binada baş verən yanğında bir nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar