`Sədərək` və `Binə` ticarət mərkəzlərində xüsusi əməliyyat keçirilib – VİDEO
26.12.2016 1593 0.0 0

 

  Bu günlərdə Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Binə” və “Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.

Qazeta.info Gömrük Komitəsinin məlumatına əsasən bildirir ki, adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.

Bildirə ki, Gömrük Komitəsinin məlumatında daha  sonra qeyd edilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər.  Lakin bu kimi halların qarşısının alınması məqsədilə respublikamızın gömrük orqanları vaxtaşırı operativ əməliyyat tədbirləri həyata keçirir.

  Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar