`Rusiya səfirini güllələyən şəxs polis geyimində olub`
19.12.2016 1085 0.0 0

Rusiya səfirini güllələyən şəxs Ankarada polis geyimində olub.

 

“HaberTurk”-ə istinadən verilən xəbərə görə, onun Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə əlaqədar polis sıralarından xaric edildiyi bildirilir.

 

Bundan əvvəl Reuters agentliyi ölən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğunu bildirib.

 

Qeyd edək ki, Ankarada müasir incəsənət mərkəzində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən şəxs hadisə yerində məhv edilib. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar