`Qida təhlükəsizliyi` haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib
12.04.2022 322 0.0 0

Milli Məclisin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi” haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 20-ci və 26-cı bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

 

 

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar