`Qarabağ Vyana` daha bir azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb
08.02.2018 984 0.0 0

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə cəlb edib.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, III liqada mübarizə aparan komanda Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Emil Fərzəliyevlə müqavilə bağlayıb. "Qarabağ Vyana" 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, daha 7 futbolçunu ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Emil Fərzəliyev əvvələr Litvanın “Panevejis” və Bakının “Neftçi” klublarının formasını geyinib. Azərbaycan millisinin sabiq üzvləri – Elvin Bədəlov və Dimtri Nağıyev də hazırda "Qarabağ Vyana"nın heyətində yer alıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar