`Qarabağ` səfərdə `Neftçi`ni məğlub edib
07.02.2022 338 0.0 0

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi” və “Qarabağ” oyunu başa çatıb.

Bildirək ki, turun mərkəzi qarşılaşmasında “Neftçi” klubu “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda “Zirə” səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək “Sabah”- “Qəbələ” və “Səbail”-“Sumqayıt” görüşləri ilə yekun vurulacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar