`Qarabağ` portuqaliyalı vingerlə danışıqlar aparır
07.01.2022 385 0.0 0

"Qarabağ" Bolqarıstanın "Çerno More" klubunda çıxış edən portuqaliyalı futbolçu Leandro Andradeni transfer etmək istəyir.

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə danışıqlar davam edir: "Bu, maraq dairəmizdə olan futbolçulardan biridir. Lakin Andradenin klubu ilə rəsmi müqaviləsi var. Hazırda danışıqlarımız davam edir. Müsbət nəticlənərsə, bu barədə rəsmi məlumat verəcəyik".

Qeyd edək ki, Leandro Andrade karyerası ərzində ölkəsinin "Sportinq", "Olyanense" və "Fatima" klublarında da çıxış edib. 2020-ci ilin yayından "Çerno More"də oynayan gənc vinger bu mövsüm 20 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar