`Qarabağ`ın rəqibi `Sevilya` yenidən qələbə qazanıb
21.10.2019 111 0.0 0

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" komandası İspaniya La Liqasının IX turunda "Levante" üzərində qələbəyə nail olub.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, "Ramon Sançes Pisxuan" stadionundakı matçda yeganə qolu 86-cı dəqiqədə Lük de Yonq vurub.

Bununla da "Sevilya" 14 xalla 6-cı pilləyə qalxıb. 

Növbəti turda rəqib "Xetafe" olacaq. Görüş oktyabrın 27-də keçiriləcək.

Qeyd edək ki, "Sevilya" Avropa Liqasında III tur matçını oktyabrın 24-də səfərdə "Düdelanj"a qarşı keçirəcək.


Digər xəbərlər:
Şərhlər
avatar