`Qarabağ`ın legioneri: `Həyatımın hər sahəsində ən yaxşı olmağa çalışıram`
01.01.2022 433 0.0 0

"2021-ci ilin mənim üçün nə qədər xüsusi olduğunu sözlə ifadə etmək mümkün deyil".

Məlumata görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges özünün şəxsi instaqram səhifəsində yazıb.

Braziliyalı yarımmüdafiəçi əldə etdiyi nailiyyətlərə görə Tanrıya minnətdarlığını bildirib: "Xüsusilə sağlamlığıma görə şükür etməliyəm. Həyatımın bütün sahələrində daha yaxşı olmağa çalışıram. Ən yaxşı idmançı, ən yaxşı həyat yoldaşı, ən yaxşı ata, ən yaxşı oğul və sairə. Bunun bir parçası olan hər kəsə təşəkkür edirəm. Yeni iliniz mübarək"!

Qeyd edək ki, Kadi Borges cari mövsümün əvvəlindən "Qarabağ"da çıxış edir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar