`Neftçi`nin sabiq futbolçusu Salaha çatıb, Ronaldu və Messini geridə qoyub
03.03.2022 355 0.0 0

"Neftçi"nin sabiq futbolçusu Kvame Karikari 2022-ci ildə ən çox qol vurmuş futbolçuların siyahısında yer alıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verilir ki, 30 yaşlı hücumçu hazırda 7 qolla 27 - 44-cü pillələri bölüşdürür.

Taylandın "Naxonratçasima" klubunda çıxış edən qanalı forvard İngiltərə "Liverpul"undan Məhəmməd Salah, Sadio Mane və "Tottenhem"dən Harri Keynlə eyni sayda qol vurub.

İFFHS Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldunun hərəyə 1 qola imza atdıqları üçün siyahıya düşmədiyini xatırladıb.

İki ay ərzində ən çox qol vurmuş futbolçu isə Kamerun yığmasının və Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"in hücumçusu Vensan Abubakardır. 30 yaşlı hücumçu 2 ay ərzində 11 dəfə fərqlənib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar