`MY` və `Yuventus` Lukaku-Dibala mübadiləsini razılaşdırıb
31.07.2019 639 0.0 0

"Yuventus"un forvardı Paulo Dibala "mankunian"ların hücumçusu Romelu Lukakunun əvəzində "Mançester Yunayted"ə keçidə yaxındır.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bu barədə "Sky Italia"ya istinadən "Sky Sports" məlumat yayıb.

Mənbənin məlumatına görə, klublar transfer barədə prinsipial razılaşma əldə ediblər. Yekun sazişin imzalanması üçün Dibalanın "qırmızı şeytanlar"la müqaviləni razılaşdırması lazımdır.

Həmçinin bildirilir ki, "MY"nin baş məşqçisi Ule-Qunnar Sulşer transfer şayiələrinə münasibət bildirməkdən imtina edib.

"Mən digər komandaların oyunçuları barədə şayiə və spekulyasiyaları şərh etməyəcəyəm, lakin, bəli, biz bu günə qədər xatırlatdığım bir-iki futbolçunun transferi üzərində işləyirik. Mövsümün başlamasına 10 gün qalıb və ola bilsin ki, biz komandamızda bir və ya iki yeni futbolçunu sizə təqdim edə bildik", - deyə "Sky Sports" Sulşerin sözlərini sitat gətirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar