`Müstəqillik Günü` və `Müstəqilliyin Bərpası Günü` ilə bağlı qanunda dəyişiklik edildi
16.11.2021 313 0.0 0

Prezident “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” ilə bağlı dəyişiklikləri təsdiqləyib.

Qazeta.info xəbər verir ki, sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin; 

1. 1-ci hissə üzrə:

1.1. beşinci abzasda “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri ilə əvəz edilsin;

1.2. səkkizinci abzasda “Dövlət müstəqilliyi günü” sözləri “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilsin.

2. 2-ci hissədə “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri ilə əvəz edilsin.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar