`Məşğulluq marafonu`na 4000-dək vakansiya təqdim edib
06.01.2022 308 0.0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 602 işəgötürən (52,5%-i dövlət, 47,5%-i özəl) qoşularaq 3932 vakansiya təqdim edib. 

Qazeta.info ƏƏSMN-in məlumatına əsasən bildirir ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış şəxslərin məşğulluğuna dəstək verməkdir.

Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1433 nəfər (248 şəhid ailəsi üzvü və 1185 iştirakçı) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir. 

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları  https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar