`Əmək pensiyası haqqında` qanuna dəyişikliklər layihəsi MM-in müzakirəsinə çıxarılır
26.01.2017 1098 0.0 0

Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.
Məlumata görə, bunu MM-in Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib.


Onun sözlərinə görə, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar