`Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır`-Video
09.04.2022 14627 0.0 0

Müğənni Əlikram Bayramovun toyda başına iş gəlib.

Bildirək ki, bu haqda aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında deyib. Onun "Toyda bir nəfər deyib ki, yaxşı kişisən, amma arvaddan qorxursan" sözlərinə Əlikram belə cavab verib:

"Deyib, efirdə nəsə olanda danışıraq, deyirəm, xanım baxır, olmaz. Yəqin ondan eşidib. Adam mikrofonu götürdü toyun ortasında dedi ki, yaxşı oğlansan, amma xanımından niyə belə qorxursan? Heç utanmadım da. Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır. Evdə xanımına kömək etmək kişinin borcudur. Hər şeyi xanım etməməlidir. Demirəm ki, qab yu. Uşağa baxmaqda kömək et".  

Əlikram qeyd edib ki, hadisə Sabirabadda toyda olarkən yaşanıb. /Axşam.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar