`Kəşfiyyat məhv ediləcək!` - Milli üslubda müharibə BAŞLAYIB
12.05.2017 1555 0.0 0

"ABŞ və Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının liderinə sui-qəsd cəhdinə görə üzr istəməli və günahkarları cəzalandırmalıdır".

 “RİA-Novosti” agentliyinə istinadən xəbər verilir ki, bunu Şimali Koreyanın Rusiyadakı səfiri Kim Xen Çjun bildirib.

“Sui-qəsdin Cənubi Koreya kəşfiyyat xidməti və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən olan təşkilatçıları bizim terrorçuluğa qarşı fəaliyyətimizlə mütləq məhv ediləcək. Buna görə ABŞ və Cənubi Koreya bu aktın hazırlığı üçün üzr istəməli, həmçinin gunahkarlar və bu terror aktının təşkilatçıları cəzalandırılmalıdır”, - o deyib.

Ötən həftə Koreya Xalq Demokratik Respublikası Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri bildirdilər ki, ABŞ-ın və Cənubi Koreyanın kəşfiyyat xidmətləri Şimali Koreya lideri Kim Çen İna qarşı biokimyəvi maddənin köməyi ilə sui-qəsd həyata keçirməyi planlaşdırırdılar.

Şimali Koreyanın xarici işlər nazirinin müavini Xan Son Rel bildirib ki, Pxenyan sui-qəsd hazırlığında şübhəli bilinən şəxslərin verilməsini tələb etmək niyyətindədir. Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası dərhal “Koreya üslubu”nda terrorçuluğa qarşı müharibəyə başlayacaq./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar