`Instagram`da `like` sayını görmək olmayacaq
19.07.2019 581 0.0 0

“Instagram” sosial şəbəkəsində paylaşımlarda bəyənmə (like) və videoların baxış sayını görmək artıq mümkün olmayacaq.

Məlumata görə, bundan sonra istifadəçinin paylaşımının altında yalnız bir ad görünəcək və yanında bəyənmə sayının əvəzinə “başqaları” sözü yer alacaq.

Bu gündən etibarən Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya, Yeni Zelandiyada "Instagram" istifadəçilərinin paylaşımlarına edilən bəyənmə sayını yalnız özləri görə biləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar