`Heç bir Ukrayna olmayacaq, məhv edəcəyəm!` - Jirinovski canlı yayımda SÖZ VERDİ - VİDEO
02.02.2017 1130 0.0 0

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski prezident seçkilərində qələbə qazanacağı halda Ukraynanı məhv edəcəyini bildirib.
Bildirək ki, siyasətçi bu bəyanatla “Rossiya 1” telekanalının birbaşa efirində çıxış edib.
Jirinovski söz verib ki, Kremlə girişdən üç gün sonra bütün Ukrayna hökumətini həbs edəcək.
“Hələ Putini xatırlayacaqsınız ki, o, xeyirxah idi. Hər şeyi məhv edəcəyəm! Heç bir Ukrayna olmayacaq! Hamı həbs ediləcək! Və yalnız hərbi yolla! Prezident seçiləcəyim halda bunu edəcəyəm!”, – deyə Jiriniovski bildirib.
Xatırladaq ki, Jirinovski daha əvvəl “Avropanı məhv etmək” ehtiyacını dilə gətirib./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar