`Hababam sınıfı`nın `Güdük Nəcmi`si vəfat edib
31.03.2017 732 0.0 0

Türkiyənin məşhur kinoaktyoru Xalid Akçatepe 79 yaşında vəfat edib.

 

“Hürriyyət”ə istinadən verilən məlumata görə, aktyor bu gün İstanbulda dünyasını dəyişib.

 

Sənətçi bir müddət idi İstanbuldakı xəstəxanalardan birində müalicə alırdı.

 

 

Xalit Akçatepe 1 yanvar 1938-ci ildə İstanbulda anadan olub.

 

1975-ci ildə lentə alınan “Hababam sınıfı” filmindəki Güdük Nəcmi obrazı ona böyük şöhrət qazandırıb.

 

Kinoaktyor 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaradıb, üç filmin ssenari müəllifi olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar