`Görünməyən qəhrəmanlar-2` layihəsinin hazırlıqlarına başlanılıb
02.02.2022 275 0.0 0

“Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan 5 filmdən ibarət “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi istehsal olunub:

"Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Sənədli silsilə noyabr ayının ilk həftəsində - qələbənin birinci ildönümü ərəfəsində İctimai Televiziyada nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İnternetdə sözügedən filmlərin onlayn baxış sayı artıq 1 milyonu keçib. Biz bu layihəni davam etdirmək niyyətindəyik. Belə ki, hazırda “Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar