`Çantanın içinə daş doldurub dənizə atdıq`- Köhnə məhkumlar yenidən saxlanıldı - VİDEO
10.02.2017 1199 0.0 0

Sumqayıt şəhər sakini polisə müraciət edərək bildirib ki, şəhərin 30-cu məhəlləsində iki nəfər tanımadığı şəxs ona məxsus içərisində pul, şəxsi sənədlər, ev və avtomobil açarı olan əl çantasını götürərək hadisə yerindən qaçıb.

Qazeta.info ARB TV -yə istinadla xəbər verir ki, ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq cinayətini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Əlibala Salahov və Sərdar Cavadov saxlanılıb.

Onlar zərərçəkəni əvvəlcə marketdə görüblər, daha sonra onu izləyərək əlindəki əl çantasını alaraq hadisə yerindən qaçıblar.

Sərdar Cavadov - Saxlanılan şəxs: "Həmin şəxsi "Bazarstore" da izlədik. Əlində çanta var idi. Oradan çıxıb yola düzəldilər. 30-cu məhəllədə ona yaxınlaşaraq çantasını əlindən dartıb qaçdıq. İçində 100 manat, sənədlər və maşın açarı var idi. Sonra çantanın içinə daş doldurub dənizə atdıq". 

Sərdar Cavadov soyğunçuluq etmək təklifinin Əlibala Salahov tərəfindən verildiyini də qeyd edib.

Polis əməkdaşları soyğunçuluq etdikləri üçün saxlanılan bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar