`Bristol` `Mançester Yunayted`i İngiltərə Liqa Kubokundan kənarlaşdırıb - VİDEO
21.12.2017 802 0.0 0

"Bristol Siti" İngiltərə Liqa Kubokunun ¼ final oyununda "Mançester Yunayted"i məğlub edib.

“Report” xəbər verir ki, Bristol şəhərinin "Eşton Qeyt" stadionunda keçirilən matç 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Bristol Siti" bu qələbə sayəsində turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb, "Mançester Yunayted" isə çıxışını dayandırıb.

İngiltərə Liqa Kubokunun son yarımfinalçısı "Çelsi" olub. London komandası ¼ final oyununda "Bornmut" kollektivini 2:1 hesabı ilə məğlub edib. Görüş "Stemford Bric" stadionunda baş tutub.

İngiltərə Liqa Kuboku. 1/4 final

"Bristol Siti" – "Mançester Yunayted" - 2:1

1:0 – Brayan – 51, 1:1 – İbrahimoviç – 58, 2:1 – Smit – 90+3

"Çelsi" – "Bornmut" - 2:1

1:0 – Villian – 13, 1:1 – Qoslinq – 90, 2:1 – Morata – 90+1

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar