7 il əvvəl baş vermiş ağir cinayətin üstü açılıb
30.03.2018 913 0.0 0

Martın 27-də Goranboy Rayon Polis Şöbəsinə 7 il əvvəl baş vermiş qətl hadisəsi barədə məlumat daxil olub.

 

Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, araşdırmalarla 2011-ci ilin sentyabr-oktyabr aylarında əvvəllər məhkum olunmuş Aydın Hüseynovun yaşadıqları İrəvanlı kəndindəki evdə münaqişə zəminində bacısı Raxşəndəni boğaraq qətlə yetirməsi, sonra onun meyidini qardaşı Adillə birgə  həyətdəki tikilinin zirzəmisində basdırmaları müəyyən edilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyidin basdırıldığı, hazırda Aydın Hüseynovun yaşadığı evin zirzəmisinə baxış keçirilib. R.Hüseynovanın cəsədinin qalıqları eksqumasiya edilib.

Polis əməkdaşları tərəfindən hər iki şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar