60 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub
11.02.2016 463 0.0 0

Ağcabədi rayonunda ötən gecə qətlə yetirilən qadının meyiti qonşuları tərəfindən aşkarlanıb.   

 

Qazeta.info xəbər verir ki, mərhum Kamilə Əhmədovanın qardaşı Kamil  Mehrəliyev APA-ya bildirib ki, bacısının Bakıda yaşayan övladları anaları telefon zənglərinə cavab vermədiyindən qonşulara zəng edərək nigaran qaldıqlarını deyiblər: “Evə gələn qonşular qapını açıq, bacımın meyitinin dəhlizdə olduğunu görüblər. Ev qan içində  olub. Bacım heç çəkmələrini də soyunmayıbmış”.

 

Yaxınları mərhum K. Əhmədovanın evə daxil olarkən qatil və ya qatillərlə qarşılaşdığını, onun ütü ilə başından vurularaq öldürüldüyünü ehtimal edirlər. Onlar qətlin oğurluq, qarət məqsədi ilə törədildiyini düşünmürlər. Məlumata görə, mərhumun qızılları üstündə olub.

 

O da bildirilib ki, K. Əhmədovanın qızı və oğlu Bakıda yaşadığı üçün o evdə tək yaşayırmış. K. Əhmədovanın evində Ağcabədidə ali məktəbdə təhsil alan tələbə qızlar kirayədə qalır. Hazırda qış tətili olduğu üçün tələbələr evdə olmayıblar.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar