3 yaşlı Aylinin ölümünə görə 4 nəfər saxlanıldı
05.09.2015 631 0.0 0

Türkiyə məhkəməsi Ağ dənizdə ölənlərin günahkarı kimi Suriyalı 4 nəfəri ittiham edərək saxlayıb.

Məlumata görə, bütün dünyanı lərzəya salan 3 yaşlı Aylin və daha 12 nəfərin ölümündə 4 Suriyalı kürd günahkar bilinərək həbs olunub. Bodrum şəhər prokurorluğu insanlara göstərilən səhlənkarlığa və qeyri-leqal miqrasiyaya görə gəmi daşımanı həyata keçirən təşkilatçıları ittiham edib. Həbs edilmiş şübhəlilər nəzarət altında saxlanılır. 

Yunanıstana Aralıq dənizi vasitəsi ilə keçmək istəyən suriyalı Aylinin, qardaşı və anasının cənazələri ötən gün Suriyanın Kobani şəhərinə aparılıb.

 


Hadisədən sonrakı görüntülər


Bütün sosial şəbəkələrdə müzakirə mövzusu olan və dünyanı lərzəyə salan suriyalı körpənin ölümü Britaniya, Fransa, İtaliya və başqa Avropa Birliyi ölkələrini miqrantlara kömək etməyə səsləyib. Onlar ərazilərində qaçqınları yerləşdirmək qərarına gəliblər.

Muğlanın Bodrum rayonunda gəminin batması nəticəsində həyatını itirən 12 nəfərdən Suriya Uyruklu Zahim Kurdi ailəsinin oğulları 2 yaşındakı Aylan Kurdi ve 3 yaşındakı Kalip Kurdinin cənazələri əvvəlcə İstanbula gətirilib, daha sonra isə Suriyanın Kobani şəhərinə aparılaraq, dəfn olunublar. Uşaqların atası bundan sonra ömrünün sonunadək orada qalacğını və heç vaxt ölkəni tərk etməyəcəyini deyib.

 


Kürdi ailəsinin Kobanidə dəfn olunması.
/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar