300-dən artıq `ölüm qrupu` `Instagram`dan silindi
07.03.2017 956 0.0 0

"Instagram" sosial şəbəkəsi Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyaları sahəsində nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") ilə əməkdaşlıq çərçivəsində potensial olaraq "ölü qrupları" ilə bağlı olan dərcləri yoxlayıb.

Qazeta.info lent.az-a istinadən xəbər verir ki, yoxlamaların nəticələrinə əsasən müəyyən edilib ki, onların 0,5 faizində istifadəçilər arasında intiharı təbliğ edən məlumatlar mövcuddur.

"Instagram"dakı "Ölüm icması"ndan olan 300-dən artıq dərclər silinib.

Planlaşdırılır ki, gələcəkdə Rusiyada "Ölüm qrupları" ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun qəbul ediləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar