2 şirkəti olmuş və 5 dil bilən şəxs kağız yığaraq dolanır
11.05.2016 10741 0.0 0


Türkiyədə kağız toplayaraq ailəsini dolandıran suriyalı miqrant Nadir İbrahimin iki şirkəti olub və o, 5 dil bilir. Məlumata görə, müharibənin ağırlığını üzərində daşıyan Nadir 2012-ci ildə işini, karyerasını buraxaraq kiçik məbləğlə Türkiyəyə üz tutub. Lakin burada özü ilə gətirdiyi nağd pulları iş qurmaq adı ilə ona kələk gələn fırıldaqçılara aldanaraq itirib.

Uzun müddət iş axataran suriyalı miqrant bütün cəhdlərinin boşa çıxdığını təəssüf hissi ilə qeyd edib. 44 yaşlı Nadir İbrahim fransız, ingilis, italiya, ispan dillərində təmiz bilir.

Hazırda pullarını geri qaytarmaq üçün mübarizə aparan İbrahim ailəsini dolandırmaq üçün kağız toplamaqla məşğuldur.

Avropaya getmək imkanı olsa da, İbrahim Türkiyədə qalmaq istədiyini, Suriyada qalan pullarının bir qismini də gətirərək İstanbulda iş yeri qurmaq istədiyini deyir.

 

     

    5 dil bilən suriyalı miqrant

Suriya vətəndaş müharibəsi 2011-ci ilin mart ayından başlayıb. Hökumət qüvvələri və müxalif qruplar arasında başlayan qarşıdurmalarda əsas tələb prezident Bəşər Əsədin istefası olub.

Lakin sonradan vətəndaş müharibəsi silahlı terrorçu qruplarla mübarizəyə çevrilib. İllərdir davam edən qanlı savaşlar yüz minlərlə insanın həyatına son qoyub, minlərlə insan ölkəsini tərk edərək qaçmağa vadar olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar