«2 aprel» şəhidinə heykəl qoyuldu - Müəllimi tərəfindən
22.09.2016 820 0.0 0

Bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin heykəli qoyulub.

Qazeta.info “Qafqazinfo”nun verdiyi xəbərə əsasən bildirir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu olan S.Kaçayevin heykəli həmin fakültənin müəllimi Rahib Qarayev tərəfindən qoyulub.

R.Qarayev açıqlamasında bildirib ki, S.Kaçayevin heykəlini yaratmaq öz təşəbbüsləridir: “Samir mənim dostum olub. O, şəhid olandan sonra biz yaxın adamlarla məsləhətləşib bu qərara gəldik ki, heykəlini yaradaq. Uşaqlar da mənim hazırlamağımı istədilər. Heykəl hazırdır, Şamaxı rayonunda Samirin məzarının üzərində qoyulacaq”.

R.Qarayev deyib ki, heykəli 5 ay ərzində hazırlayıb: “İki gün öncə bitirmişəm”.

Qeyd edək ki, S.Kaçayev 2016-cı ilin aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar