24 fevralda gözlənilən hava proqnozu açıqlanıb
23.02.2022 257 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info verilən proqnoza əsasən bildirir ki, fevralın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman, səhər çiskin olacaq.Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar