22 avqustda gözlənilən hava şəraiti
21.08.2016 781 0.0 0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə  22-26 dərəcə isti, gündüz  35-39 dərəcə, bəzi yerlərdə 41dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz  37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 faiz, gündüz  20-30 faiz təşkil edəcək.
              
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda  28-29 dərəcə isti olacağı gözlənilir.
 
Avqustun 22-də Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25 dərəcə isti, gündüz  35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir./apa/


Digər xəbərlər:
Şərhlər
avatar