20 YANVAR HAVA MƏLUMATI
19.01.2015 803 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bildirirki, Bakı və Abşeron yarımadasında

Yanvarın 20-də səhər hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı və cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Gündüz hava şəraiti 
buludlu olacaq, arabir açılacaq, əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək. Axşam dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 4-6, gündüz 7-11 dərəcə isti, axşam 4 dərəcəyədək isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 20-də 
hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz 
Yanvarın 20-21-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin zəif, mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar