«2016-cı ildə Bəşər Əsəd qalacaq, Merkel gedəcək» – «Financial Times»
01.01.2016 478 0.0 0
Nüfuzlu “Financial Times” nəşrinin ekspertləri 2016-cı ildə ən aktual siyasi və iqtisadi olayların inkişafı ilə bağlı öz proqnozlarını bölüşüblər. 
 
Məlumata görə, “Bəşər Əsəd bu il də hakimiyyətdə qalacaqmı” sualına nəşrin icmalçısı Rula Xalef müsbət cavab verib, lakin onun fikrincə, Əsədin səlahiyyətləri nominal xarakter daşıyacaq. 
 
Vaşinqton və Moskvanın razılaşdırdığı siyasi həll planı Suriya hakimiyyətin 18 ay ərzində təhvil verilməsini nəzərdə tutur. Ekspert güman edir ki, proses hamar keçməyəcək və Suriya diktatoru hakimiyyət uğrunda sonadək vuruşacaq.
 
“Mürəkkəb vəziyyət ötən il Yaxın Şərqdən yarım milyona yaxın qaçqın qəbul edən Almaniyada da olacaq” – deyir qəzetin xarici siyasət şərhçisi Qideon Rohman. 
 
Onun sözlərinə görə, kansler Angela Merkelin Xristian Demokrat İttifaqı (XDİ) üzrə silahdaşları partiya konfransında onun çıxışını alqışlarla qarşılasalar da, bu dəstək hakimiyyəti saxlamaq üçün yetərli deyi. 
 
“Merkel vəd verib ki, miqrasiya axınını azaldacaq, ancaq çətin ki, o, öz vədini tuta bilsin” – hesab edir analitik. 
 
“Həlledici faktor - miqrant axınının öhdəsindən müstəqil şəkildə gəlmək qabiliyyətində olmadıqlarını elan edən regional hökumətlərin üsyanı ola bilər. XDİ-nin içindən gələn təhlükə yekun etibarilə Merkelin bacarıqsızlığını sübut edəcək” – güman edir Rohman./Musavat.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar