1 ton yararsız at əti satan şəxslər tutulub
23.05.2017 678 0.0 0

Balakəndə at əti satan şəxslər tutulub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub.
      
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.
      
Saxlanılan şəxslər ifadələrində müvafiq dövlət qurumlarının nəzarətindən kənar at ətinin tədarükü ilə məşğul olduqlarını, Balakən, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin ətləri mal əti adı altında satmaq istədiklərini bildiriblər.
      
Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
      
Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün  Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar