1-ci Pyotrun massonlarla əlaqəsi — gizli Neptun təşkilatı və Lefertovo sarayı
17.11.2016 2084 0.0 0

Massonluq Rusiya ictimai həyatında 18-ci əsrdən yayılmağa başlayıb. Rus massonları humanizm və maarifləndirmə məqsədi güdərək etik məsələlərə daha çox diqqət ayırıb. Faktiki olaraq massonluq insanların ruhani birliyini özündə birləşdirirdi. Amma əslində necə olub? Rusiyada massonluğun tarixi necə və haradan başlayır?

Qazeta.info Olke.az-a istinadla bu sualların cavabını oxuculara aşağıdakı yazıda təqdim edir.

Mənbələr nə deyir

Massonluq Rusiyada 18-ci əsrin ortalarında yaranıb. Əfsanələrə və deyilənlərə görə, Rusiyada massonluğun qurucuları 1-ci Pyotr və onun silahdaşları Frans Lefort və Patrik Qordonun adı ilə bağlıdır. Təbii ki, bu versiyanın rəsmi təsdiqi yoxdur.

Masson təşkilatının Rusiyada peyda olmasına aid ilk xatırlatma 1731-ci ildə baş verib. İlk Böyük İngiltərə Lojasının Ali Ustadı lord Lovel tərəfindən kapitan Con Filips Rusiyanın əyalət üzrə Ali Ustadı təyin edildi. Rusiyada massonluq 1740-cı ildə xidmət orqanlarının generalı Ceyms Keyt tərəfindən bir neçə masson lojasının yaranması ilə geniş yayıldı. İngiltərənin İlk Böyük Lojasının sənədlərində Ceymsin Rusiya üzrə Əyalət Ali Ustadı təyin edildiyi barədə məlumat var. İlk illərdə rus masson cəmiyyətinin üzvləri əsasən xaricilər idi. Onların sırasında Rusiyada xidmət edən zabitlər və tariclər var idi. Bir müddət sonra ruslar da bu cəmiyyətə üzv seçilməyə başladı. 1750-ci ildə Sankt-Peterburq şəhərində qraf Vorontsovun rəhbərliyi altında loja fəaliyyətə başladı.

Rus imperiyasının dövlət nümayəndələri 1747-ci ildə massonluğa diqqət ayırdılar.

 

 

Qədim saray

Vaxtilə Lefortovo sarayı əla bir mülk olub. 300 il bundan əvvəl bu saray Lefortovo sarayı adlandırılıb. Amma Rusiyada bir çoxları onu hələ də Menşikov sarayı və ya 1-ci Pyotrun palatası adlandırır. Bu ev reformator çar 1-ci Pyotrun ərşəyə qaldırdığı Rusiyanın simvoluna çevrilib.

Məhz bu sarayın otaqlarında Pyotr sərxoş vuruşmalar təşkil edir, zadəganların saqqalını qırxır və ənənəvi rus kaftanlarının qolunu qısaldırdı. Bu sarayın otaqlarında Çarın məsləhətçisi və müşaviri, dostu və müəllimi Frans Lefort vəfat edib.

Binanın zirzəmilərində Pyotrun yaxın silahdaşı və piyalədaşı Aleksaşk Menşikov oğurluq zinət əşyalarını sandıqlarda gizlədirdi. Sarayın yataq otağında imperator 2-ci Pyotr vəfat edib. O, ömrünü bitməyən sonsuz tamaşalarla qısaltmışdı. İmperatorun ölü vəziyyətdə uzandığı otağın yanındakı mənzillərdə Gizli Şuraya daxil olan əyanlar Rusiya taxtını təklif edəcəkləri Anna İoanovnaya hansı şərtləri qəbul etdirəcəklərini müzakirə edirdilər.

Sonra uzun illər saray tərk edildi və boş qaldı. Bircə imperatorun ruhu bu məkanı tərk edə bilmirdi. Bu sarayda sirr və müəmmalar çoxdur.

Lefortla dostluq

Gənc 1-ci Pyotr Lefortla tanış olanda bu hekayə başlayır. Coşqun enerjili Çar ağıllı Lefortun xoşuna gəldi. Tezliklə bu tanışlıq möhkəm dostluğa çevrildi. Pyotr nəinki dost, eyni zamanda müəllim, köməkçi və məsləhətçi qazandı.

Lefort çarı razı sala bilirdi. O, alman kəndində yerləşən evində çoxgünlük bal və ziyafət təşkil edərək Pyotru və dostlarını qonaq çağırırdı. Knyaz Kurakin bu barədə yazırdı: “Onun evində başlanğıc oldu. Çar əlahəzrətləri xarici qızlarla tanış oldu. Tacir qızı Anna İvanovna Monsovaya aşiq oldu”.

 

Yeni sarayın inşası

 

1-ci Pyotrun əmri ilə dostu Frans üçün yeni nəhəng saray ucaldıldı. Bu əmrə əsasən, admiral Frans Yakovleviç Lefortun həyətində daşdan palata inşa edilməli idi. Bu iş üçün lazım olan məbləğ xəzinədən ayrıldı.

1699-cu ilin 17 yanvar tarixində yeni sarayda ziyafət verildi. Saray salonlarında şadyanalıq davam edən müddətdə Moskvada üsyana qalxmış minlərə əsgər dar ağacından asılmışdı. Moskvada şayiələr gəzirdi ki, xaricə səfərə yollanan Çarın yerinə Dəccal Rusiyaya gəlib.
Yeni sarayda Lefort müntəzəm olaraq nahar və bayram tədbirləri təşkil edirdi. Əvvəllər Rusiyada belə ziyafətlərdə qadınların iştirakı qadağan edilsə də, bu məclislərdə qadınlar da iştirak etməyə başladılar. Şərab taciri Mons Lefort üçün minlərlə şüşə əla şərab təşkil edirdi.

 

Lefortun ölümü

 

1699-cu ilin mart ayında hiyləgər Fransisk Vatikana göndərdiyi hesabatda yazırdı: “Cənab general Lefort rus zadəganları qarşısında Roma ruhanilərini lağa qoyan tamaşa göstərdikdən sonra tezliklə xəstələndi və qızdırmaya tutuldu. Bu komediya göstəriləndən 8 gün sonra öldü”.
“Çar Pyotr Alekseyeviçin tarixi” kitabında knyaz Kurakin bu hadisəni belə təsvir edir: “Lefor gecə və gündüz əyləncə, bal, banket, kart oyunları, qadınlarla eyş-işrətlə məşğul olur, çox içirdi. Bu səbəbdən də 50 yaşlarında vəfat etdi”.

Onun ölümü imperatoru həqiqətən üzsə də, matəm uzun müddət davam etmədi. Tezliklə Lefortovo sarayında səs-küylü şənliklər davam etməyə başladı.

Saray Aleksandr Menşikovun mülkünə çevrildi.

Gizli təşkilat

Bu günə qədər də rəsmi olaraq elm öyrəndiyi xarici səfərdən qayıdan Rus çarının birdən-birə niyə dəyişdiyini heç kəs bilmir. Amma nəzərə almaq lazımdır ki, Moskvaya qayıtdıqdan sonra 1-ci Pyotr, Aleksandr Menşikov, Frans Lefort və Yakov Bryüs gizli Neptun cəmiyyətini yaratdılar. Bu cəmiyyətin fəaliyyəti barədə çox az sənəd günümüzə qədər gəlib çatıb. Məlumdur ki, təşkilatın iclasları Lefortovo sarayında keçirilirmiş. Frans Lefort son gününə qədər iclasların sədri vəzifəsini icra edib. Pyotrun sevimli dostu vəfat etdikdən sonra Neptun cəmiyyətinin sədri Yakov Bryüs seçildi. İclaslar Suxaryev qalasının Rapira zalında keçirilməyə başladı.

Neptun cəmiyyəti üzvləri nə ilə məşğul idi?

Moskvalılar əmin idilər ki, cəmiyyətin unuikal qara magiya kitabı var. Bu kitab qaranlıqlar knyazı tərəfindən yazılıb. Bir çoxları iddia edir ki, Bryüs “dünyanın istənilən yerdə nə olduğunu bilir, kimin nəyi gizlətdiyindən xəbərdar idi”. Bu kitabı ələ keçirmək isə qətiyyən mümkün deyil. Çünki kitab heç kəsə verilmir və heç bir insanın cəsarət edib girə bilməyəcəyi bir otaqda gizlədilib.

Hətta Bryüs kitabı Çara da vermirdi. Çünki onun içindəkiləri oxuyub dərk edə bilməyənlər bu kitabı aça bilməz. Bununla da özünə, ailəsinə və xalqına lənət qazanmış ola bilər. Allahın qəzəbinə düçar ola bilər və İblisin tərəfinə keçərək bəşəriyyətin düşməninə çevrilə bilər.

 

Rusiyada Tampliyerlər ordeni və Süleyman Peyğəmbərin üzüyü

 

Bu kitabın və gizli cəmiyyətin siyahısının Suxaryev qalasının divarlarına hörüldüyü barədə şayiələr dolaşır. Neptun cəmiyyətinin üzvləri həyata keçirdikləri ayinlər zamanı Süleyman Peyğəmbərin üzüyündən istifadə ediblər. Bu üzük sehrli gücə malik idi və şər qüvvələri, şeytanları, istənilən cadu və sehri yox edir, ifritələr üzərində hakimiyyət verirdi. Bu üzük həmişə Məbəd cəngavərləri ordeninin magistrlarına məxsus olub. Onları tampliyerlər də adlandırırlar!

Beləcə, Rusiyada ilk tampliyerlər görünməyə başladı. Neptun cəmiyyəti üzvlərinin əlinə keçən üzük haqda deyirdilər ki, bu üzüyə sahib olan şəxs üzüyə həbs edilmiş ruha sahiblik edə bilər. Əgər üzüyü barmağında çevirsən, gözəgörünməz ola bilərsən. Əgər üzüyü daşa vursan, İblis peyda olacaq və üzük sahibinin istənilən arzusunu yerinə yetirəcək.

Yakov Bryüsün rəhbərlik etdiyi cəmiyyətdə üzüyün peyda olması praktiki olaraq qanuni idi. Yakov əslən Şotlandiyalı idi və 1-ci Robert Bryüs sülaləsinin nümayəndəsi idi. Bu sülalə Avropanın üç kral ailəsinin başlanğıcı sayılır. Papanın əmri ilə təqib edilən Tampliyer ordeni cəngavərlərinə bu sülalə ev və yataq verib, onları himayə edib. Cəngavərlər göstərilən dəstəyə təşəkkür etmək üçün Robertə taxta çıxmağa kömək ediblər. Kral Robertin dəstəyi və köməyi ilə tampliyerlər Şotlandiyada sələflərini, yəni yeni ordeni təsis etdilər. Bu orden Müqəddəs Andrey Ordeni adlandırıldı.

Bryüsün sayəsində Neptun cəmiyyəti və Naviqask məktəbi Rusiyada faktiki olaraq Müqəddəs Andrey Ordeninin bir hissəsinə çevrildi. Andrey ağacı Rusiyada hərbi dəniz donanmasının bayrağına çevrildi (əyri xaç həvari Andreyin çarmıxa çəkildiyi xaçın simvoludur).

Britaniyada “Sion Prioratı” ilə tanışlıq

Rusiyanın Müqəddəs Andrey Ordeninin ilk döş nişanı Fyodr Alekseyeviç Qolovinin portretində görüldü. Portret Avropada Böyük Rus Səfirliyinin iştirakı (Pyotrun Avropa səyahəti nəzərdə tutulur) dövründə çəkilib. Çar məiyyətində Qolovin Lefortdan sonra ikinci əyan sayılırdı.

Rus səfirliyi əsasən Londonda “əyləndi”. Sonsuz ziyafətlər, yerli tərsanə, zavod və fabrik gəzintiləri bitib-tükənmirdi. 1-ci Pyotr Kral Elmlər Akademiyasını, Qrinviç observatoriyasını, Oksford universitetini, Tauer qalasını, digər sarayları və Zərbxananı gəzdi. Britaniya Zərbxana sarayına məşhur İsaak Nyuton rəhbərlik edirdi.

Bu dövrdə Nyuton fizika ilə məşğul olmağı bir tərəfə atmış, mistika və kimya öyrənməyə girişmişdi. Tapılan mənbələrə əsasən, o dövrdə Nyuton “Sion Prioratı”na rəhbərlik edirdi. Bu təşkilatın tarixi tampliyerlər ordeninin tarixindən daha qədimdir. Məbəd cəngavərləri “Priorat”ın silahlı dəstəsi hesab edilirdi. Təəssüflər olsun ki, Nyuton ömrünün son illərində bütün mistik əsərlərini yandırdı.

Tampliyerlər də daxil olmaqla “Sion Prioratı”nın üzvləri öz tam müstəqilliklərini qoruyur, dünya üzərində hökmranlıqlarına dəyər verir, Roma Kilsəsini Tanrı ilə ünsiyyətdə artıq bənd sayırdılar. Britaniya torpağına səfər edən 1-ci Pyotr “Priorat” cəngavərlərinin təsiri altına düşdü.

 

 

Rus Çarı müntəzəm olaraq okkulistlər, kimyagərlər, Kabbalist sektanın üzvləri ilə ünsiyyət qurur, “Gentlеman’s club of Spalding” masson cəmiyyətinə gedib-gəlirdi.

“Sion Prioratı” rəhbərliyi və silahdaşları ilə Çar 1-ci Pyotr və Yakov Bryüs saatlarla söhbət edirdilər. Tarixçilər əmindirlər ki, məhz bu söhbətlər zamanı Rus çarı gizli təşkilata üzv kimi qəbul edilib. 1-ci Pyotr müqəddəs andı içərək təşkilata üzv olur.

Ordenin magistri Rus çarının Avropa siyasətinin formalaşmasına böyük təsirindən xəbərdar idi.

Nyuton Romanovlar sülaləsinə digər hakim Avropa sarayları üzərində ucalmaq və Merovinqlər sülaləsinə Avropanı birləşdirməyə kömək etmək üçün sirli artefaktları və “Priorat”ın gizli biliklərini rus nümayəndələrə ötürə bilərdi.

Onun ikinci məqsədi Rusiyada hakim ideologiya evinə tampliyerləri daxil etməklə istənilən kilsəni məhv etmək ola bilərdi.

 

 

1-ci Pyotr və onun yaxın silahdaşlarının “Sion Prioratı” gizli cəmiyyətinin sirlərinə və elminə vaqif olmasını sübut edən addımlar bunlar idi:

Rusiyaya qayıtdıqdan sonra Çar Patriarxlığı ləğv etdi
Neptun cəmiyyətinin iclaslarında sehrli ayinlər icar edirdi.
Ziyafətlər zamanı kilsə qayda-qanunlarına lağ edirdi.

Lefort sarayı haqda çoxlu şayiələr dolaşırdı: “Bir əfsanəyə görə, Lefort öldükdən sonra burada təkcə dəfinə yox, eyni zamanda massonluğa aid artefaktları da gizlədib. Bir çox tarixçi gizli otaqları tapmaq istəsə də, bunu bacarmır. Amma deyilənlərə görə, dəhlizlərdə gəzərək sirli əşyaları və dəfinələri axtaran tədqiqatçılar Frans Lefortun addım səslərini eşidiblər”.

Təbii ki, 1-ci Pyotr və silahdaşlarının massonluğa aludəçiliyini sadəcə bir maraq saymaq olar. Amma Rusiya torpağında massonluğun yayılması danılmaz faktdır.

Yekaterinanın hakimiyyət illərində Moskva universiteti masson kadrlarının mərkəzinə çevrildi. Professor Sergey Karpaçev bu barədə deyir: “Massonların fəaliyyətinin əsas istiqamətlərindən biri də maariflənmədir. Buna görə də yeniyetməlik dövrünə xüsusi diqqət ayrılırdı”.

Moskva şəhərinin tədqiqatçısı Mariya Antonenko professorun sözlərini təsdiqləyir: "Moskva universitetində masson simvolları var. İki alov məşəlinin ortasında medalyon var. Medalyonda güc, gözəllik və müdriklik rəmzi olan üç sima var. Altıguşəli ulduz, yəni qarışıq iki üçbucaq da massonların simvoludur. Əsas tini yuxarı baxan üçbucaq alovu, aşağıya istiqamətlənən üçbucaq isə suyun rəmzidir. İki məşəl isə həqiqət işığıdır.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar