18 avqustda gözlənilən hava şəraiti
17.08.2016 857 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

 

Bakıda və Abşeron yarımadasında

 

Avqustun 18-də hava şəraiti yağmursuz keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  22-26, gündüz  31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80, gündüz  35-45 faiz olacaq.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacağı gözlənilir

Azərbaycanın rayonlarında

Avqustun 18-də hava şəraiti əsasən yağmursuz keçəcək.  Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz  33-38,  dağlarda gecə 15-20, gündüz  22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 18-19-da Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.


Digər xəbərlər:
Şərhlər
avatar